Rusiya prezidenti Federal Şuraya müraciət edib

Rusiya prezidenti Federal Şuraya müraciət edib

Rusiya prezidenti Dmitri Medvedev dördüncü dəfə Federal Şuraya müraciət edib. Dmitri Medvedevin 2012-ci ilin mayında yekunlaşdıracağı dövlət başçısı postunda illik öhdəliyi olan bu müraciət əvvəlki illərdə noyabrda edilsə də, bu dəfə dekabrın 4-də Dövlət Dumasının altıncı çağırışının seçilməsi ilə əlaqədar bir qədər yubanıb.


Müraciətin əsas mövzularından biri siyasi vəziyyət olub. Prezident Medvedev müraciətinin əvvəlində seçkinin nəticələrinə keçərək bildirib ki, başqa mövqelərə hörmətlə yanaşaraq, demokratik prinsiplərə əsaslanaraq ölkə rəhbərliyi təxribatçılara və fırıldaqçılara kənardan Rusiyanın daxili işlərinə qarışmaq imkanı verməyəcək. O, bəyan edib ki, Rusiyaya xaos yox, demokratiya lazımdır.


"İnsanların öz mövqeyini ifadə etmək hüququ qanuni vasitələrlə təmin olunub, ancaq Rusiya vətəndaşlarını manipulyasiya etmək cəhdləri onları çaşdırır, cəmiyyətdə sosial ədavət yaratmaq qəbuledilməzdir. Biz təxribatçılara və ekstremistlərə cəmiyyəti öz fırıldaqlarına sövq etməyə imkan verməyəcəyik. Biz daxili işlərimizə xaricdən müdaxiləyə də yol verməyəcəyik", - Dmitri Medvedev belə deyib.


Prezident Medvedev seçkidən sonra keçirilən etiraz aksiyalarına da münasibət bildirib. Onun sözlərinə görə vətəndaşların daha da fəal şəkildə öz mövqeyini ifadə etməsi, hakimiyyətə qanuni tələblər irəli sürməsi yaxşı əlamətdir və demokratiyanın böyüməsidir: "Biz dövlət institutları və ayrı-ayrı vəzifəli şəxslərin ünvanına istənilən tənqidi diqqətlə və hörmətlə qəbul edirik. Nəticə çıxarırıq, bu tənqid ədalətlidirsə, qanunun pozulduğu yerlərdə onu bərpa edirik, əsas siyasi qüvvələrlə məsləhətləşmələr əsasında lazımi qərarlar çıxarırıq, öz mövqeyimizi ifadə edirik, tənqid əsassız olduğu lazımi hallarda isə etiraz edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə