Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibi formalaşdırılacaq
Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibi formalaşdırılacaq. Ədliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddəti gələn il yanvarın 18-də başa catır.
İctimai Komitənin yeni tərkibinin formalaşdırılması ədliyyə nazirinin 2006-cı il 25 aprel tarixli Komitənin fəaliyyətini tənzimləyən əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış qaydalara əsasən həyata keçirilir.
Qaydalara müvafiq olaraq, Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.
Nazirlik bununla əlaqədar müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin yeni tərkibin formalaşdırılmasında iştiraka dəvət edir. İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB