Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı medalla təltif edilib

Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı medalla təltif edilib

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşını "Xilas naminə birliyə görə" medalı ilə təltif edib. SİA-nın Azərbaycandakı səfirliyinin məlumatına istinadən verdiyi məlumata görə, "Xəzər 2011" kompleks təlimlərinin hazırlanması və keçirilməsində fəal iştirak və mülki müdafiə sahəsində tədbirlərin inkişafındakı xidmətləri ilə əlaqədar Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov, FHN-in aviasiya dəstəsinin rəisi Əşrəf Qasımov və başqaları mükafatlandırılıb. Medallar dekabrın 16-da Rusiya səfirliyinin müşaviri Oleq Kroxin tərəfindən təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə