Qazaxıstanda iğtişaşlar zamanı 11 nəfər həlak olub

Qazaxıstanda iğtişaşlar zamanı 11 nəfər həlak olub

Qazaxıstanın şəhəri Janaozendə iğtişaşlar zamanı 11 nəfər həlak olub. SİA-nın məlumatına görə, bunu Astanada keçirilən brifinqdə Qazaxıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nurdaulet Suindikov məlumat verib: "Dünən axşam həlak olan daha bir nəfərin meyiti aşkarlanıb, cəmi 86 nəfər xəsarət alıb. Kütləvi iğtişaşların 70 iştirakçısı saxlanılıb. İğtişaşlar nəticəsində 46 obyekt yandırılıb".

Bu arada Qazaxıstan Prezidenti Janaozendə fövqəladə vəziyyət elan edib. Bəyanatda: "Janaozen şəhərində iqtisadiyyatın bərpa edilməsi, yandırılmış obyektlərin bərpası və ən başlıcası, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Janaozen şəhərində Konstitusiyaya və fövqəladə vəziyyət haqqında qanuna uyğun olaraq fövqəladə vəziyyətin elan edilməsinə dair fərman verirəm"

Qeyd edək ki, dekabrın 16-17-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində kütləvi qarşıdırmalar baş verib. Əvvəlcə məlumat verilmişdi ki, 10 nəfər qarşıdurmaların qurbanı olub, yaralılar var.

Bütün xəbərlər Facebook səhifəmizdə