İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan aşıq Əkbər Hüseynpur 4 aylıq həbs cəzasını çəkdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb.
SİA-nın "İRNA" ya istinadən verdiyi məlumatına görə, azərbaycanlı fəal bu il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində iftar mərasimi zamanı həbs olunan 30 nəfərdən biri olub. Vəkillə təmin olunmasına icazə verilməyən Əkbər Hüseynpur Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 4 ay qəti və 20 ay şərti həbs cəzasına məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB