BAK-ın III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçirilir
Bu gün Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçirilir. SİA-nın xəbərinə görə, qurultayda millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edir.Tədbir çərçivəsində BAK-ın yeni İdarə Heyəti formalaşdırılacaq, yeni sədr seçiləcək.
Qeyd edək ki, mərkəzi mənzil-qərargahı Amsterdam şəhərində yerləşən BAK 2006-cı ildə yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması işində mühüm işlər görüb. BAK Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında, xalqın milli-mədəni irisinin, zəngin tarixinin təbliğ olunmasında bir sıra kütləvi tədbirlər həyata keçirib. Hazırda Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədəyönlü iş aparır. Benilüks ölkələrində fəaliyyət göstərən İraq türkmənlərinin icmaları da BAK-ın tərkibinə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB