SSRİ-nin saxlanılması üçün ciddi cəhd göstərərək onun dağılmasına yol vermək lazım deyildi. RİA "Novosti" agentliyinin verdiyi məlumata görə, bu sözləri Vladimir Putin canlı efirdə vətəndaşların suallarını cavablandırarkən deyib.
"SSRİ zamanında hakimiyyətdə olsa idiniz, necə addım atardınız?" sualına belə cavab verib: "İlk növbədə Sovet İttifaqında iqtisadi və təhsil islahatlarını vaxtında keçirmək lazım idi. Bundan başqa dövlətin ərazi bütövlüyünü saxlamaq uğrunda mübarizə aparmaq lazım idi", - deyə Vladimir Putin bildirib.
Xatırladaq ki, Rusiyanın baş naziri Vladimir Putin aparıcı Ernest Matskyaviçuvelinin verilişində vətəndaşların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB