Avropa Şurasının və BMT-nin nümayəndələri Fikrət Məmmədovla görüşüblər

Avropa Şurasının və BMT-nin nümayəndələri Fikrət Məmmədovla görüşüblər

Azərbaycanda səfərdə olan Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stava və BMT-nin Məhkəmələrin ədalətliliyi və şəffaflığı üzrə hakimlər Qrupunun koordinatoru Nihal Cayavikrama ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə çıxış edən F. Məmmədov Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı vurğulayıb.


G.Stava CEPEJ-lə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, hakimliyə namizədlərin seçimi qaydalarının CEPEJ ekspertləri tərəfindən izləndiyini və nəticəsi üzrə hazırlanan hesabatda bu prosedurun obyektiv olduğunun göstərildiyini deyib

Bütün xəbərlər Facebook səhifəmizdə