SAM-ın eksperti Rusiyanın qonşuluq siyasətinə həsr olunacaq konfransda iştirak edəcək
Rusiyanın paytaxtı Moskvada A.M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu "Rusiya və onun qonşuları: siyasət, iqtisadiyyat, təhlükəsizlik və humanitar sahədə əməkdaşlıq – bərabərhüquqlu əməkdaşlıq üçün gündəm" adlı beynəlxalq konfrans təşkil edəcək.
SAM-dan SİA-ya verilən xəbərə görə, tədbir Qorçakov Fondunun Rusiya və MDB ölkələrindən gənc alimlər üçün nəzərdə tutulmuş "Rusiya və ətraf dünya" elmi-maarifləndirici layihə çərçivəsində həyata keçirilir.
Konfransda SAM-ın aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, Kamal Makili-Əliyevdə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB