Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycandakı Səfiri Cjan Yannyanı ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfir işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini vurğulayaraq, Çin-Azərbaycan münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Səfir növbəti ildə iki ölkə arasında diplomatik əlaqələrin 20 illiyinin qeyd olunacağını xatırladaraq bu illər ərzində Azərbaycanla Çin arasında qarşılıqlı etimadın yarandığını deyib.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Çin arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, Çinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Çinin mövqeyini və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşmasını yüksək qiymətləndirib. Nazir bu yanaşmanın iki ölkə arasındakı münasibətlərin söykəndiyi əsas amillərdən biri olduğunu vurğulayıb.

Nazir diplomata xoş arzularını ifadə edib və gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə