Bahadır Ələsgərov: “Ulu öndər müasir Azərbaycan dövlətini qurdu, yaratdı, yaşatdı”
Dünyanın əksər ölkələrində Ulu öndər Heydər Əliyevin anım tədbirləri keçirilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, Ukrayna Respublikasında baş tutan mərasimlərdə ümummilli liderin xatirəsinin yad edilməsi özünəməxsus şəkildə keçirilib.
Müxbirimiz Kiyev vilayətinin Mironovka rayonunda 34 ildir yaşayan, rayon mədəniyyət sarayının rəssamı kimi fəaliyyət göstərən Bahadır Cəfərqulu oğlu Ələsgərov ilə görüşüb və ulu öndər haqqında söylədiyi xatirələrini qələmə alıb.
Qeyd edək ki, B.Ələsgərov 1952-ci ildə Quba rayonunda anadan olub. Özü mədəniyyət evində rəssam, həyat yoldaşı Qalina Pavlovna Ələsgərova isə mühasib–ekonomist işləyir. Həmsöhbətimiz ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı ürək sözlərini bizimlə bölüşüb: "Bilrsinizmi, mən artıq uzun illərdi ki,Ukraynada yaşayıram. Elə bir təbəqə, elə bir sahə yoxdur ki, mənim azərbaycanlı olduğumu bilən kimi Heydər Əliyev haqqında xoş söz söyləməsin. Bu, hər xalqın nümayəndəsinə qismət olan xoşbəxtlik deyil. Bizim ümummilli liderimiz dünya şöhrətli siyasətçi olduğu üçün onun yoxluğu təkcə əlli milyonluq azərbaycanlının itgisi deyil, bu bütün türk dünyasının itgisidir. Ən əsası odur ki , Heydər Əliyev dünyanın ən hegemon dövləti olan keçmiş Sovetlər birliyində rəhbər vəzifədə işləyib. Buna görə də onu dünyanın adlı-sanlı siyasətçisi hesab edirlər.
Onun itgisi dünya siyasətinin itgisidir. Ulu öndərin şəxsi nüfuzu müasir Azərbaycan dövlətini qurdu, yaratdı, yaşatdı. Məhz buna görə, bu gün Azərbaycan inkişaf edərək bütün dünyanın aparıcı dövlətləri səviyyəsinə qalxıb.
Mən bu il Azərbaycana getmişdim , ulu öndərin Fəxri Xiyabandakı abidəsini də ziyarət etdim. Ömrümün ahıl çağıdır, burada yaşayan azərbaycanlıları başıma yığıb ulu öndərin vəfatının növbəti ildönümünü onun ruhuna dualar oxumaqla yad etdik".
Müsahibim iki övlad atasıdır, yoldaşı Qalina xanım da azərbaycana çox bağlı olduğunu söylədi.
Əlmaniz Ələkbərli, Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB