ATƏT-in Bakı ofisi Penitensiar Xidmət əməkdaşları üçün növbəti təlim keçirib
ATƏT-in Bakı ofisi tərəfindən dekabrın 12-13-də Gəncə şəhərində saxlanma yerlərində şübhəli və təqsirləndirilən şəxslərlə rəftara dair polis və Penitensiar Xidmət işçiləri üçün növbəti təlim keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə SİA-ya verilən məlumata görə, Gəncə Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində keçirilən tədbirdə Xidməti 2 saylı istintaq təcridxanasının 10 nəfər əməkdaşı və ekspert qismində müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Şakir Bayramov təmsil ediblər.
Beynəlxalq ekspert Trevor Servis və ATƏT-in Bakı ofisinin Qanunun aliliyi şöbəsinin əməkdaşı - hüquq məsələləri üzrə mütəxəssis Hans İnge Yorstad tədbirdə iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB