Ermənistanda əhalinin ümumi yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edir
Ermənistanda uşaq yoxsulluğunun səviyyəsi 41,4 faiz, əhalinin ümumi yoxsulluq səviyyəsi isə 35,8 faiz təşkil edir. SİA-nın "News.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Əmək və Sosial İşlər Nazirliyinin sosial yardım idarəsinin rəhbəri Astqik Minasyan deyib.
Onun sözlərinə görə, ölkədə uşaqların 7 faizi ifrat yoxsulluq səviyyəsində yaşayır. Belə ki, son illər həyata keçirilən məlumat bazalarının təkmilləşdirilməsi əvvəllər sistemdə qeydiyyatı olmayan və pensiya hüququna malik aztəminatlı ailələrin aşkarlanmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB