Məzahir Pənahov: “Bizim borcumuz dahi şəxsiyyətin bizə yadigar qoyduğu Azərbaycan dövlətinin keşiyində durmaqdır” - MÖVQE

Məzahir Pənahov: “Bizim borcumuz dahi şəxsiyyətin bizə yadigar qoyduğu Azərbaycan dövlətinin keşiyində durmaqdır” - MÖVQE

Əsl reallıq bundan ibarətdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına bir ölkə qoyub gedib. Bizim borcumuz dahi şəxsiyyətin bizə yadigar qoyduğu Azərbaycan dövlətinin keşiyində durmaqdır.

Bunu SəsTV-yə müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib: "Bu bizim birinci növbədə vətəndaşlıq borcumuz olmalıdır. İkincisi, daim çalışmalıyıq ki, bu dövləti qoruyaq. Hazırda Azərbaycan dövləti Heydər Əliyevin arzularına uyğun formada hərəkət edir. Azərbaycana rəhbərlik alternativi olmayan Heydər Əliyev siyasəti əsasında həyata keçirilir və cənab prezident İlham Əliyev öz uğurlu addımları ilə Azərbaycana ikinci bir nəfəs gətirib. O, Azərbaycanı dünyanın sivil ölkələri arasında xüsusi bir səviyyəyə qaldırıb. Bu bizim hamımızın ailə tərbiyəsindən başlayaraq bütün dövrlərdə həyatımız boyu aldığımız tərbiyənin kökündə dayanmalıdır", - deyə MSK sədri sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə