Bərdə və Tərtər rayonlarında ümummili lider Heydər Əliyevin xatirəsi yad edilib
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 8-ci il dönümü ilə bağlı bütün bölgələrdə anım mərasimləri təşkil olunub.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonlarda dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri düzüblər.
Bərdə və Tərtər rayonlarında ümummili lider Heydər Əliyevin xatirəsi yad edilib. İctimaiyyət nümayəndələri ilə yanaşı rayon rəhbərliyinin də qatıldığı anım mərasimində ilk olaraq rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayev şəhərin mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyub.
Daha sonra şəhər əhalisi də ümummili liderin abidəsini ziyarət etməyə başlayıb. Rayonun idarə, müəssisə rəhbərləri, şəhər ictimaiyyəti və gənclərin də qatıldığı tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Cehun Cəfərov ulu öndərin şərəfli ömür yolundan, Azərbaycan xalqının qurtuluşu, dövlətçiliyimizin xilası, inkişafı uğurunda göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB