Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. SİA-nın xəbərinə görə, ziyarətçilər arasında YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Mərhum prezidentin məzarı üstünə əklil və gül çiçəklər düzülüb. Daha sonra Şəhriyar adına Mədəniyyət Sarayında Heydər Əliyevin Heydər Əliyevin vəfatının 8-ci ildönümünə həsr olunmuş tədbir keçirilib və dahi şəxsiyyətin həyat və yaradcılığına həsr olunmuş Heydər Əliyevlə bağlı \"Dövlət" adlı film nümayiş olunub.Tədbirdə YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki; "Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin xatirəsini əziz tutaraq həmişə onun anım günü münasibətilə müxtəlif tədbirlər həyata keçirir. Heydər Əliyev haqqında Azərbaycan cəmiyyətində ona böyük hörmətin və ehtiramın əlaməti olaraq çoxlu kitablar yazılır, filmlər çəkilir. Bütün bunlar hamısı Azərbaycan xalıqının Heydər Əliyevə böyük ehtiramını ifadə etməklə yanaşı eyni zamanda ulu öndərin irsinə və onun ideyalarına bağlılığın ifadəsidir. Bu gün Azərbaycan cəmiyyəti Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttlə irəliləyir və Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətini yüksək qiymətləndirərək onun ideyalarına sədaqətini nümayiş etdirir. Azərbaycan xalqının, vətəndaşlarının Heydər Əliyevin xatirəsinə olan böyük hörməti, ehtiramı Azərbaycanda formalaşmış və ənənə halını almış dövlətçiliyə hörmətin, məhəbbətin, ehtiramın bir ifadəsidir"-deyə YAP-ın sədr müavini Əli Əhmədov qeyd edib. Sonra Heydər Əliyevlə bağlı filmin kinorejissoru Vaqif Mustafayev çıxış edərək dahi şəxsiyyət bağlı dəyərli fikirlərini bölüşüb. Millət vəkilləri Fəttah Heydərov və Eldar İbrahimov isə ulu öndərin əziz xatirəsinin 8-ci ildönümü ilə əlaqədar çıxışında ümummilli liderin Azərbaycan xalqını xaosdan, anarxiyadan xilas etməsini və dövlətçiliyə, dövlətçiliyimizin tarixinə göstərdiyi xidmətlərdən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB