Siyavuş Novruzov: “Ulu öndərin ən böyük arzu və istəyi müstəqil Azərbaycanın inkişafı ilə bağlı idi”

Siyavuş Novruzov: “Ulu öndərin ən böyük arzu və istəyi müstəqil Azərbaycanın inkişafı ilə bağlı idi”

\"Ulu öndər Heydər Əliyevin ən böyük arzu və istəyi müstəqil Azərbaycanın yaşaması, inkişafı, Azərbaycanın möhkəmlənməsi, xalqın firəvan yaşaması, təhlükəsizliyin həyata keçirilməsi və müstəqilliyin qorunub-saxlanmasından ibarət idi\". SİA-nın xəbərinə görə, bu barədə danışan millət vəkili Siyavuş Novruzov bildirib ki, bu gün ümummili liderin siyasəti prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir, iqtisadi və sosial layihələr həyata keçirilir.


Onun sözlərinə görə, təməlinin düzgün, möhkəm və Azərbaycan xalqının maraqları çərçivəsində qoyulması bu gün ölkəni regionda müstəqil siyasət yeridən bir dövlətə çevirib: "Azərbaycan bu gün nəinki regionun, hətta dünyanın aparıcı dövlətlərindən biridir. Bu gün Avropanın özündə də Azərbaycan kimi dövlət yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə