Türkiyə parlamentinin deputatı: "Van zəlzələsi zamanı yardımına görə Azərbaycana təşəkkürümü bildirirəm" - MÖVQE
Türkiyə Böyük Millət Məclisinin Ərzurumdan olan deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Adnan Yılmaz oktyabrın 23-də Van vilayətində baş vermiş zəlzələ zamanı yaralanmış azərbaycanlı Vüsalə Çalışkanı Ankara Nümunə Xəstəxanasında ziyarət edib.
A.Yılmaz bildirib ki, Van əhalisi və Türkiyə üçün ağır olan bu günlərdə ilk yardım əlini uzadan ölkə qardaş Azərbaycan olub. Bu yardıma görə biz Azərbaycan xalqına və hörmətli Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Türkiyəli deputat V.Çalışkanın səhhəti ilə bağlı həkimlərdən məlumat alıb, onun ailəsinə maddi yardım göstəriləcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB