Penitensiar Xidmət cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə bağlı rəsmi məlumat yayıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə bağlı rəsmi məlumat yayıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, hadisə Qaradağ rayonu ərazisindəki 2 saylı məntəqə tipli müəssisədə baş verib. Müəssisədə saxlanma rejimi qaydalarını pozduğu üçün cərimə təcridxanasına salınmış məhkumlar Fərid Dadaşov və Faiq Fərəcov dünən saat 20:15 radələrində kameranın qapısını döyərək kanalizasiya xəttində nasazlıq yarandığını və məntəqə əməkdaşlarından onlara yardım göstərilməsini xahiş ediblər. Məntəqə əməkdaşları qapını açanda onlar əvvəlcədən dəmir çarpayıdan sökdükləri dəmir parçası ilə xidmət əməkdaşlarına hücum ediblər və bir nəfərə xəsarət yetiriblər.
F. Dadaşov tutularaq yenidən cərimə təcridxanasına salınıb, F. Fərəcov isə qaçıb. F. Dadaşov cərimə təcridxanasında yastıq üzlüyü ilə özünü asaraq intihar edib. Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən isə tədqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB