Fransada qondarma \"erməni soyqırımı\"nı rədd edən hər kəsə həbs cəzası veriləcək
Fransa Senatı qondarma \"erməni soyqırımı\"nın kriminallaşdırılması haqda qanun layihəsini qəbul edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, qanun təklifində qondarma \"erməni soyqırımı\"nı rədd edən hər kəsə 1 ilədək həbs cəzası vermək və ya 45 min avro həcmində cərimələmək nəzərdə tutulur.
Qeyd edək ki, 2006-cı ildə Fransa parlamentinin aşağı palatası – Milli Assambleya "erməni soyqırımı"nı tanımayan vətəndaşların cinayət məsuliyyətinə cəlb olunması haqda qanun təklifini qəbul edib. Təklifin qanuni qüvvəyə minməsi üçün onu Fransa parlamentinin yuxarı palatası – Senat da təsdiqləməli idi.
Xatırladaq ki, ötən ay Slovakiya prezidentinin köməkçisi Stefan Harabin Erməni Təşkilatları Forumunun prezidenti Aşot Qriqoryana qondarma \"erməni soyqırımı\"nı inkar edənlərlə bağlı qanun layihəsinin Millət Məclisinə təqdim edildiyini və qəbul edildiyini deyib. Onun sözlərinə görə, əgər slovaklar bundan sonra qondarma \"erməni soyqırımı\"nı inkar etsələr, 5 il həbs cəzası alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB