Kəmaləddin Heydərovun Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib

Kəmaləddin Heydərovun Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib

Bu gün Amerika-Azərbaycan Ticarət Palatasında (AATP) Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla palata üzvlərinin görüşü keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə çıxış edən Kəmaləddin Heydərov başçılıq etdiyi nazirliyin yaradılması, funksiyaları, strukturu, fövqəladə hallar və təbii fəlakətlər zamanı xilasetmə işlərinin yüksək səviyyədə aparılması üçün görülən işlər barədə məlumat verib.Onun sözlərinə görə, hazırda Azərbaycanda istənilən təbii fəlakət və ya texnogen qəza zamanı yüksək səviyyədə xilasetmə işləri görmək üçün peşəkar strukturlar formalaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə strukturlarının maddi-texniki bazasının yaradılması üçün ən müasir avadanlıqlar alınıb: "Bu işlər indi də davam etdirilir, mütəxəssislərimiz xarici ölkələrdə təlimlər keçir. Nəticədə nazirliyin strukturları təkcə Azərbaycanda yox, qonşu ölkələrdə də baş verə biləcək təbii fəlakət və ya texnogen qəza hallarında xilasetmə işləri aparmağa qadirdir".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə