\"Şahdag” Qış-Yay Turizm Kompleksi bir neçə aydan sonra turistləri qəbul edəcək.
Azərbaycanda turizmin inkişafında başlıca problemlərdən biri də turizm günlərinin qısa olmasıdır. Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov bildirib.
Onun sözlərinə görə, turizm yay mövsümü və bayramlar günləri ilə məhdudlaşır: "Bu problemi də aradan qaldırmaq üçün bir sıra işlər görülür. Bunun bariz nümunəsi olaraq hazırda Qusarda "Şahdag" Qış-Yay Turizm Kompleksi kimi möhtəşəm layihə həyata keçirilir. Bir neçə aydan sonra kompleks ilk turistlərini qəbul edəcək. Artıq kanat yolun, xizək enişinin, lift bazalarının tikintisi başa çatır. Dördulduzlu hotelin tikintisi də yekunlaşmaq üzrədir\".
Kompleksin tikintisində birinci mərhələ gələn ilin fevralında yekunlaşacaq deyən V. Şıxəmmədov bildirib ki, turistlərin burada qalmaları üçün tikilən dördulduzlu mehmanxanada lyuks və yarımlyuks nömrələrdən əlavə, kafe, bar və restoranlar, SPA mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı fəaliyyət göstərəcək: \"Xizək sürməyi öyrənənlər təlim mərkəzlərinə müraciət edə biləcəklər\".
\"Bununla yanaşı, digər rayonlarımızda da bu sahədə işlər görülür. Bununla da həm xaricdən gələn turistlərin marağını həm də öz ölkəmizdəki vətəndaşlar, hansı ki qış da istirahət etmək üçün olan kəslər vaxtlarını Azərbaycanda səmərəli dincələ biləcəklər\",- deyə sektor müdiri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB