Türkiyə və Qazaxıstanın XİN rəhbələri Vilnüsdə Qarabağdan danışdı

Qazaxıstan ATƏT-in Minsk qrupunun, Azərbaycan və Ermənistan hökumətlərinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həlli yolunun nizamlanmasında göstərdikləri səyləri dəstəkləyir. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəsmi Astana transmilli təhdidlər kontekstində danışıqların iştirakçıları ilə beynəlxalq institutların və vasitəçilərin əməkdaşlığının genişləndirilməsini xüsusi vurğulayır.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə rəsmi Ankaranın ATƏT-in regionda münaqişələrin nizamlanmasına yönəlmiş səylərini dəstəkləyini deyib. O, qeyd edib ki, Türkiyə münaqişələrin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında nizamlanmasına öz töhfəsini verməyə sadiqdir: "ATƏT regionunda bir sıra münaqişələr hələ də öz həllini tapmayıb, bu da həm təşkilatın işinə təsir edir, həm də ATƏT-ə inamı azaldır. Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətində aparılan danışıqlar gözlənilən nəticələri vermədi. Buna görə də ATƏT-in Minsk Qrupu öz fəaliyyətini aktivləşdirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə