5 dekabr 2011-ci il tarixində Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov ABŞ Dövlət Katibinin birinci müavini Uilyam Börns ilə görüşərək etimadnaməsinin surətini ona təqdim edib.
Səfirlikdən SİA-ya verilən xəbərə görə, təqdimat mərasimindən sonra aparılmış söhbət zamanı tərəflər Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın bütün sahələrdə müsbət inkişafını məmnunluqla qeyd edib və gələcəkdə bu əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB