Vilnüsdə GUAM Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir

Vilnüsdə GUAM Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 18-ci toplantısı çərçivəsində Vilnüsdə GUAM Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. SİA-nın məlumatına görə, toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. İclasda GUAM-ın 2012-ci il üçün büdcəsi müzakirə olunacaq, tərəflər qurum çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirməyin yollarını müzakirə edəcəklər. İclasın sonunda GUAM-a sədrlik Moldovadan Azərbaycana keçəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə