“Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” adlı beynəlxalq konfransa yekun vurulub

“Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” adlı beynəlxalq konfransa yekun vurulub

Bu gün Azərbaycan respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfransa yekun vurulub. SİA-nın xəbərinə görə, 2 plenar və 6 bölmə iclasından ibarət olan beynəlxaq konfrans çərçivəsində təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində iştirakçılar tərəfindən həyata keçiriləcək təcrübə mübadiləsi aparılıb. Konfransın işinin tematik istiqamətləri isə müstəqil Azərbaycanın dövlət idarəçiliyi: nailiyyətlər və problemlər, Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində islahatlar, BMT-nin Minilliyin inkişaf məqsədləri və səmərəli idarəçilik və s. məsələlər olub. Qeyd edək ki, konfransa ötən gün start verilmişdi ki, burada da dövlət hakimiyyəti orqanlarının təmsilçiləri, xarici ölkələrin, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Polşa, Litva, Estoniya, Ukrayna dövlətlərinin idarəçilik akademiyaları, institutları və elmi mərkəzlərinin rəhbərləri və ekspertləri, millət vəkilləri, beynəlxalq təşkilatların və qeyri-hökumət nümayəndələri iştirka edib.


Bütün xəbərlər Facebook səhifəmizdə