Arzu Rəhimov: "Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir" - MÜNASİBƏT

Arzu Rəhimov: "Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir" - MÜNASİBƏT
Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.
SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov deyib.
A.Rəhimov bildirib ki, miqrasiya sahəsindəki qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 20-dən artıq Fərman və Sərəncam imzalanıb. Bütün bunlar dövlətimizin başçısının miqrasiya proseslərinin daim diqqət mərkəzində saxlanılmasının, həmçinin Dövlət Miqrasiya Xidmətinə göstərilən qayğının bariz nümunəsidir.
Lakin həyat davam edir və beynəlxalq təcrübəyə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. Ona görə də miqrasiya sahəsini tənzimləyən qanunların monitorinqi aparılır, normativ-hüquqi aktların, qanunların təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə