Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti, şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

SİA-nın verdiyi məlumata görə, Milli bayram – Müstəqillik günü münasibətilə BƏƏ prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı ölkələr arasında dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yolunda qarşılıqlı səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə