Metyu Brayza: \"Azərbaycanda ikinci dəfə səfir olmaq üçün Senatdan cavab gözləyirəm\"
"Azərbaycan hökuməti bizim düşündüyümüzdən daha artıq insan alveri ilə mübarizə aparır" bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.SİA-nın verdiyi xəbərə görə, səfir vurğulayıb ki, insan alveri böyük cinayət, problem və köləliyin bir növü hesab olunur. Onun fikrincə, Azərbaycanda insan alveri özünü 2 formada – cinsi istismar və insan alveri formalarında göstərir. Metyu Brayza deyib: "İnsan alveri təkcə Azərbaycanda deyil, ABŞ və digər dövlətlərdə mövcuddur. Biz son aylar Azərbaycanın daxili işlər naziri Ramil Usubov və onun müavini Vilayət Eyvazovla sıx-sıx görüşüb insan alverilə mübarizə sahəsində müzakirələr aparmışıq. Eyni zamanda ABŞ səfirliyi Azərbaycanda fəaliyyət göstərən qeyri hökumət təşkilatları (QHT) ilə də əməkdaşlıq edir. Bu sahədə bizim əsas tərəfdaşımız Beynəlxalq Miqrasiya Təşkilatıdır". Diplomat qeyd edib ki, Azərbaycan hökuməti təcili olaraq insan alveri ilə mübarizə sahəsində əlavə işlər görməlidir: "İnsan alverilə məşğul olanların siyahısı qanun çərçivəsində tərtib olunmalı və insan alverçiləri həbsə atılmalıdır. Küçədə yaşayan uşaqların da qeydiyyatı aparılmalıdır və onlar qorunmalıdır. Biz hökumətlə birgə işləyərək Azərbaycanda insan alverilə mübarizə sahəsində irəliləyişlər əldə edirik". Mənim Azərbaycanda 2 dəfə səfir kimi fəaliyyət göstərməyim barədə prezident Barak Obama tərəfindən ABŞ Senatına müraciət göndərilib. Hazırda mən ABŞ Senatının cavabını gözləyirəm. ABŞ-da yaradılmış demokratik sistemdə hər bir hökumət qurumunun özünəməxsus səlahiyyətləri var. Siz bunun şəxsən mənim timsalımda şahidi ola bilərsiniz. Səsvermə ABŞ Senatının tətilə çıxması ərəfəsində olmalıdır.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB