Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuşi səfirininin etimadnaməsini qəbul edib

Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuşi səfirininin etimadnaməsini qəbul edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul edib. SİA-nın verdiyi xəbərə görə, Daniel Kristian Çiobanu etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbəti zamanı Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyindən danışaraq ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün güclü hüquqi bazanın olduğunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan NATO əlaqələrinin inkişafındakı rolunu qeyd edərək ölkələr arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirən Daniel Kristian Çiobanu ölkələrimizin ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayab. Diplomat ölkələrimiz arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün Azərbaycan və Rumıniya prezidentləri tərəfindən imzalanan birgə Fəaliyyət Planının önəmini qeyd edib. Daniel Kristian Çiobanu ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə, o cümlədən enerji sektorunda əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Rumıniyalı diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə