Azərbaycan Prezidenti İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib. Tbilisi şəhərinin meri Qiqi Uqulava Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfəri zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirib.
Prezident İlham Əliyev ölkəmizdə, o cümlədən paytaxtımızda abadlıq və quruculuq işlərinə, eyni zamanda, tarixi binaların əvvəlki görkəmini qoruyub saxlamaqla əsaslı şəkildə bərpa olunmasına böyük önəm verildiyini qeyd edib.
Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə