Politoloq: “Ermənilər Azərbaycanı qara piarla ləkələmək fikrindədirlər”
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri "Dağlıq Qarabağ - dialoq forumu çərçivəsində noyabrın 28-də Almaniyanın Berlin şəhərində bir araya gələcək. Görüşdə əsas məqsəd Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında fikir mübadiləsi" mövzusunda keçiriləcək konfransın təşkilidir. Görüş tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək.
Politoloq Cümşüd Nuriyev məsələyə münasibət bildirərək qeyd edib ki; "Son 20 ildə xalq diplomatiyasi çərçivəsində sayca 4-cü olacaq bu görüşdə çox təəssüf ki, hələlik heç bir nəticə əldə olunmayıb. Ermənilər bir az çətinliyə düşən kimi son anda Azərbaycanı öz xairici siyasətindəki yolundan çəkindirməyə çalışırlar. Ermənilərin Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzü olduğu üçün hər vəchlə Dagliq Qarabag məsələsini gündəmə gətirəcək".
Politoloq dəfələrlə Azərbaycan nümayəndə heyətinin həmin görüşlərdə olmasına baxmayaraq razılığa gəlinmədiyini deyib: "Hər dəfə xalq diplomatiyasından sonra ermənilər yeni məkrli siyasətini həyata keçirməyə başlayıblar. Azərbaycan əgər bu danışıqlarda iştirk etməsə Ermənistan çalışacaq dünyaya bildirsin ki, Azərbaycan müharibə tərəfdarıdır və dialoqlardan qaçır. Bütün bunların fonunda ermənilər Azərbaycanı qara piarla ləkələmək fikrindədirlər",- deyə Cümşüd Nuriyev bildirib.
Qeyd edək ki, görüşdə icma üzvlərindən Fərhad Bədəlbəyli, Kamal Abdulla, Rövşən Rzayev, Anar Usubov və Ramiq Məhərrəmov iştirak edəcək. Görüşə həmçinin Millət vəkili Rasim Musabəyov də qatılacaq. R.Musabəyov konfrans iştirakçılarına bölgədəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyanın təsirləri barədə məlumat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB