Mikrorayonlar qazsız qalıb

Xəbər verdiyimiz kimi, dünən gecədən paytaxtın bir çox hissələrinə qaz verilişi kəsilib. "Azəriqaz"dan SİA-ya verilən məlumata görə, problemə səbəb Biləcəri qəsəbəsində qaz sızması nəticəsində Bakı-Sumqayıt avtomagistral yolunun yaxınlığından gecən yeraltı qaz xəttində yanğının baş verməsi olub: "Nəticəsində Rəsulzadə qəsəbəsi, 1-2-3-4-5-6-7-8-9-cu mikrorayonların qaz təchizatı dayandırılıb. Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Artıq bəzi ərazilərə qaz verilib. Qalanlara isə qaz verilişini bərpa etmək üçün tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə