Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında dəyişkən buludlu, əsəsən yağmursuz hava şəraiti gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Havanın minimal temperaturu 0-4 dərəcə şaxta təşkil edir.
Tibbi-meteoroloji proqnoza gəlincə bu gün və sabah Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, gecə şərq rayonlarında arabir intensivləşəcəyi gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB