2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb

2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb

Azərbaycan hökumətinə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvləri tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi üçün 10 gün vaxt veriləcək. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bəyan edib.


Cümə axşamı Azərbaycan parlamenti 2012-ci ilin dövlət büdcəsi layihəsi üzrə müzakirələri başa çatdırıb.


"Müzakirələr zamanı 60 deputat öz təklif və fikirlərini bildirib. Hökumətə bu təkliflərin öyrənilməsi üçün 10 gün vaxt veriləcək", - deyə O.Əsədov əlavə edib.


Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 mlrd. 436,4 mln. manat, xərcləri 16 mlrd. 984,4 mln. manat, kəsiri 548 mln. manat və ya ÜDM-nin 1,3%-i səviyəsində proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə