Qubada qarın hündürlüyü 30 sm-ə çatıb

Qubada qarın hündürlüyü 30 sm-ə çatıb

Axşam saatlarından başlayaraq Şimal bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Şimaldan daxil olan soyuq hava kütlələri rayonları qara bürüyüb. Ən çox qar Quba rayonunun Təngəaltı və Altıağac zonasına düşüb. Təngəaltıda qarın hündürlüyü 27-30 sm, Altıağacda isə 30-31 sm çatıb. Quba rayon 6 №-li Yol İstismar İdarəsindən verilən məlumata görə, ən çox qar düşən Quba-Xınalıq istiqamətindəki yolların təmizlənməsində ağır texnikaların səfərbər edilib. Hazırda Qubanın Adur, Qarxun, Atuc kimi kəndləri rayonla əlaqəsi kəsilib. Şimal bölgəsindəki 6 rayonun bütün ərazilərinə qaz və elektrik enerjisinin fasilələrlə verilməsi Qubanın dağ kəndlərində problemlər yaradıb. Heyvandarlıqla məşğul olan kənd sakinləri axşam saatlarından etibarən heyvanlarını çölə çıxara bilmirlər. Qarın hündürlüyü yüksək olduğundan heyvanların otlamasına imkan yoxdur. Qeyd edək ki Quba-Qonaqkənd istiqamətindəki yollar hələ də açılmayıb. 30-a yaxın kənd ərazisində xüsusi texnikalarla təmizlənmə işləri gedir.

Qeyd edək ki, Quba ərazi Hidrometeorologiya İdarəsinin rəisi Aliyə Ələkbərovanın verdiyi məlumata görə, axşam saatlarından başlayaraq havanın temperaturu mənfi 10 (-10) dərəcəyə düşüb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə