Araz Əzimov: \"Azərbaycan Minsk qrupu həmsədrlərinin regiona səfərindən hər hansı nəticə gözləmir\"
Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabrın sonlarında regiona səfərindən hər hansı nəticə gözləmir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib: " Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir, lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi, vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə başqa yolu seçir. Azərbaycanın işğal olunmuş ərazilərindən sui-istifadə edir və beləliklə prosesdə irəliləyişin olmasında maraqlı olmadığını göstərir".
NATO-da konkret olaraq bir-iki ölkə dar siyasi, qərəzli mövqedən çıxış edərək qurumla Azərbaycan arasında imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) üçüncü mərhələsinin təsdiqlənməsini gecikdirdiyini deyən Araz Əzimov bildirib ki, bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır. O, vurğulayıb ki, plan təsdiq edilmirsə, əməkdaşlığın davam etdirilməsi proqramdan asılı olaraq yubanır: "Bu məsələ bir neçə aydır, ləngiyir. Biz buna görə narahatıq. NATO-da bizə qarşı bu mövqenin davam etməsini istəməzdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB