Azərbaycan Prezidenti Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçılarını qəbul edib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında etibarlı tərəfdaşlığın qurulduğunu və bu təşkilat ilə ölkəmizin sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb ki, bir sıra beynəlxalq təşkilatların üzvü olan Azərbaycan enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır və bu sahədə hasilatçı, tranzit və istehlakçı ölkələr arasında sıx əməkdaşlığın yaradılması vacibdir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan inkişaf etmək, güclü və çevik iqtisadi struktura çevrilmək məqsədini qarşıya qoyan CAREC Proqramına üzv dövlətlər və onların müvafiq strukturları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.
Dövlətimizin başçısı çıxışının sonunda bir daha Bakıda keçirilən yubiley konfransının iştirakçılarına uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB