Xələf Xələfov: “Transxəzər qaz kəməri reallaşmaq hüququna malikdir”

Xələf Xələfov: “Transxəzər qaz kəməri reallaşmaq hüququna malikdir”

Azərbaycan hesab edir ki, Transxəzər qaz kəməri reallaşmaq hüququna malikdir. SİA-nın Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Astanada Xəzərin hüquqi statusuna dair işçi qrupun 30-cu iclasının yekunları ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlama verib.

"Azərbaycan tranzit ölkə hesab olunur. Əgər Xəzərlə bağlı gələcəkdə hər hansı bir layihə olarsa, tərəfdaşlarımızla bu layihələr üzrə əməkdaşlığa hazırıq".

X.Xələfov deyib ki, sahilyanı ölkələrin Xəzər dənizində enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi üçün suveren hüquqları var.

Bütün xəbərlər Facebook səhifəmizdə