Prezident FHN-nın Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında fərman imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında fərman imzalayıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinə qüvvədə olan normativ hüquqi aktların fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək və fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb. Əsasnaməyə görə, FHN-in Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentlik vəzifələrini yerinə yetirərkən FHN və onun tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Agentliyin saxlanması və fəaliyyəti FHN-ə ayrılmış büdcə vəsaitləri, tabeliyindəki hüquqi şəxslər tərəfindən əldə olunan vəsaitlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB