\"Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tezliklə imzalanacağına ümid edir\"

\"Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tezliklə imzalanacağına ümid edir\"

Qazaxıstan Respublikasının xarici işlər naziri Ercan Kazıxanov bu gün bəyan edib ki, Qazaxıstan 5 xəzərsahili dövlətin tezliklə Xəzər dənizinin statusu barədə konvensiya imzalayacağına ümid edir.

"İndi tam əminliklə demək olar ki, vahid pozisiyanın yaradılması mümkündür, Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın imzalanması isə çox realdır",- deyə Kazıxanov xarici işlər naziri müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın işlənməsi üzrə xüsusi işçi qrupunun 30-cu iclasının açılışında deyib.


Onun fikrincə, sonuncu Bakı sammitinin nəticəsi açıq şəkildə göstərdi ki, Xəzər sahili ölkələr arasında heç bir fikir ayrılığı mövcud deyil.

"Bakı sammitində qəbul edilmiş protokolda ölkə rəhbərlərinin əldə etdikləri razılığa əsasən Xəzər dənizinin hüquqi statusunun vahid formada müəyyənləşdirilməsinə bu gün də keçmək olar",- deyə Qazaxıstan xarici siyasət idarəsinin rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə