Son bir neçə gündə Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında yerləşən Seyidsulan kəndindən üzbəüz mövqedə yerləşən rayonun Qapanlı kəndini tez-tez atəşə tutur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qoşunların təmas xəttinin bir neçə yüz metrliyində yerləşən bu yaşayış məntəqəsi demək olar ki, hər gün müxtəlif tipli, xüsusilədə ağır atıcı silahlardan atəşə tutulur.
Kənd mütəmadi atəşə tutulduğundan cəbhə kənd sakinlərinin həyat şəraiti çətinləşib. Çörəyi torpaqdan çıxan kəndli əkin sahələrinə çıxmaqda çətinlik çəkir.
Bu cəbhə kəndində pay torpaqlarının böyük bir hissəsi erməni hərbçiləri tərəfindən acıq, aydın müşahidə edildiyindən təsərrüfat sahibləri əkin-biçinlə məşğul ola bilmir.
Daimi düşmən hədəfində olan cəbhə kənd sakinləri üçün həyat nə qədər çətin olsada bu insanların həyat uğrunda mübarizəsi davam edir.
Qeyd edək ki, düşmən bütün hallarda Azərbaycan ordusunun cavab atəşindən sonra susmaq məcburiyyətindədir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB