Millət vəkili: \"Milli Dirçəliş Günü Azərbaycan xalqının taleyində bir əsrə bərabər hesab olunur\"
"Hər bir xalqın həyatında elə bir tale yüklü gün olur ki, o günü bir əsrə bərabər hesab etmək olar. Azərbaycan xalqının taleyində 17 noyabr milli dirçəliş günü həmin o günlərdən hesab oluna bilər". SİA-nın xəbərinə görə, millət vəkili Gövhər Baxşəliyeva deyib ki, Azərbaycan xalqı əsrlər boyu öz mili müstəqilliyinə can atıb və zaman-zaman milli hüquqları, müstəqilliyi, dövlətçiliyi naminə çox gərgin mübarizə aparıb. Onun sözlərinə göər, çox təəssüflər olsun ki, Azərbaycan xalqının milli azadlıq ruhundan doğan mübarizə daxili və xarici səbəblər üzündən məğlub olub. G.Baxşəliyeva vurğulayıb ki, yalnız XX əsrin əvvəllərində qısa bir zaman kəsiyində 23 ay ərzində Azərbaycan xalqı öz milli dövlətini yaşada bilib.
"Artıq Azərbaycan xalqı milli dirçəliş günündən başlayaraq öz azadlığı və milli müstəqilliyi uğrunda yenidən mübarizəyə qalxdı. Sovetlər Birliyinin dağılması nəticəsində yaranmış münbit vəziyyətdən çox uğurla istifadə edib. Aparılan bu mübarizə Azərbaycan xalqının milli müstəqilliyinin bərpa olunmasına gətirib çıxardı. 20 ildir ki, bizim müstəqil dövlətimiz yaşayır və günü-gündən möhkəmlənir. İnanıram ki, Azərbaycan yaxın zamanda dünyanın ən aparıcı dövlətlərindən birinə çeviriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB