Rumıniya Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyir

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in prinsipləri əsasında sülh yolu ildanışıqlar vasitəsi ilə həll olunmalıdır. SİA-nın xəbərinə görə, bunu Rumıniyanın xarici işlər naziri Teodor Bakonski deyib: "Dağlıq Qarabağ problemi münaqişə tərəflərini əhatə edir və bizim tərəflərə heç bir maneçilik törətmək fikrimiz də yoxdur. Biz beynəlxq hüquqların qorunmasına hörmətlə yanaşmalıyıq. Çünki, problemin həlli regionun davamlı inkişafına təkan verəcək".

O, eyni zamanda bildirib ki, Rumıniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və sərhədlərin dəyişdirilməməsi prinsipi əsasında həllini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə