Azərbaycan uşaqlarının II ümumrespublika forumu işə başlayıb

Azərbaycan uşaqlarının II ümumrespublika forumu işə başlayıb

Noyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan uşaqlarının II ümumrespublika forumu işə başlayıb. Forumda 85 rayondan 350 uşaq iştirak edir.

Tədbirdə Prezident İlham Əliyevin təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra forum "Bütün uşaqlar üçün bərabər hüquqlar", "Yeni təhsil standartları", "Asudə vaxtımızı səmərəli keçirək", "Ətraf mühiti qoruyaq", "Qarabağ həqiqətləri uşaqların dili ilə", "Vətəni sevək və ona layiq olaq", "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin məsuliyyəti" bölmələrində işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə