Mübariz Əhmədoğlu: \"Azərbaycan İrana qarşı müharibənin əleyhinədir\"

Mübariz Əhmədoğlu: \"Azərbaycan İrana qarşı müharibənin əleyhinədir\"

\"Bu gün İranın həm daxili, həm də xarici vəziyyəti gərgindir\". SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu İran-Ermənistan münasibətlərinə həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, İranın Ermənistanla yaxınlaşması nəticəsində hadisələrin ağır zərbəsi Azərbaycanın daxilinə təsir edəcək. Onun sözlərinə görə, Bu gün İranın vurulması ehtimalı böyükdür: "Azərbaycanda isə cəmiyyətin böyük əksəriyyəti İranda müharibənin əleyhinədir. Biz həm qonşuluqda müharibənin olmasını, həm də müsəlmanların qırılmasını istəmirik. İrandakı nüvə obyekti bombalansa, nəticədə yaran biləcək qəza digər qonşu dövlətlərlə yanaşı, Azərbaycana da mənfi təsir edəcək. Bundan əlavə, İranda müharibə olarsa, qaçqınların ilk üz tutduğu ölkə Azərbaycan və Türkiyə olacaq. Biz də öz həmvətənlərimizə \"torpaqlarımıza gəlmə\" deyə bilməyəcəyik. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatına, inkişafına müəyyən dərəcədə təsir edəcək".

M.Əhmədoğlu qeyd edib ki, bu gün İran-ərəb münasibətlərindəki düşmənçilik davam edir: "İran ərəb dövlətlərindən tərəfdaş qazanmaq istəyirsə, niyə ərəb dövlətlərində baş verənlərdən öz xeyrinə istifadə etmədi? Bu vəziyyətdə İran ərəb ölkələrində baş verən proseslərin öz xeyrinə olduğunu bildirir. Bununla yanaşı, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindədir, Həmçinin Ermənistana üz tutur. İranın xarici işlər naziri Əli Əkbər Salehi 1 milyon azərbaycanlını qaçqın salan, 20% torpaqları işğal edən, əli müsəlman qanına batan Ermənistandan kömək istəyib deyir ki, onların diasporu İrana dəstək olsun. İranın düşmənçilik ideyaları onların anti-Azərbaycan siyasəti üzərində köklənməsinin bariz nümunəsidir. Azərbaycan dövləti və cəmiyyəti İrana qarşı müharibənin əleyhinədir, çünki orada xeyli sayda azərbaycanlı var, həmçinin nüvə obyektlərində yarana biləcək qəza Azərbaycana da təsirini göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə