Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb
Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının komandanı general-mayor İlham Abdullayev bildirib ki, 10 avtomobildən ibarət yardım karvanı İran ərazisindən keçərək Türkiyəyə daxil olacaq. Bu dəfəki yardım fondunda zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş 150 ədəd çadır, 200 ədəd yataq çarpayısı göndərilir. Qeyd edək ki, bundan əvvəl 1250 ədəd çadır, 700-ə yaxın yataq dəsti, 5 min adyal, 40 generator, 40 mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə çatdırılıb. Bu, artıq Türkiyənin Van bölgəsinə göndərilən üçüncü yardım karvanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB