DSX narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıb
Cari ilin oktyabr ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib. DSX-dən SİA-ya verilən məlumata görə, dövlət sərhədini pozduqları üçün 49 halda 87 nəfər, dövlət sərhədindən saxta sənədlə keçməyə cəhd edərkən isə 42 halda 80 nəfər saxlanılıb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində isə Azərbaycan respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 153 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Bununla yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 5 halda 3 kiloqram 490 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizədə 71 halda ümumi dəyəri təqribən 202 min 306 manat olan qaçaqmal, 50 kiloqram barıt, 1 ədəd pnevmatik tapança, 6 ədəd pnevmatik tapança patronu, 1 ədəd pnevmatik tapança darağı, 1 ədəd süngü bıçağı, 5835 qutu siqaret, 548 ədəd mobil telefon, 185 ədəd mobil telefon aksesuarı, 2 ədəd qızıl zinət əşyası, müxtəlif spritli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları aşkar edilib. Bununla belə aparılmış tədbirlər nəticəsində 35 halda 111 nəfər sahilboyu rejim qaydalarını pozduğuna görə saxlanılıb, dənizdən 62398 metr tor, 32425 ədəd qarmaq, 10 ədəd qayıq, 3 ədəd qarmaq itiləyən qurğu aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB