“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəflər”

“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəflər”

Gənclər üçün Təhsil Mərkəzində "Azərbaycan dövlətçilik tarixində konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəflər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 16 illiyinə həsr olunan tədbirdə hüquqşünaslar, gənc elmi işçiləri və QHT nümayəndələri iştirak edib. Dəyirmi masanın əsas məqsədi konstitusiyanın hüquqi dövlətimizin qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, eyni zamanda gələcək hədəfləri müəyyənləşdirmək idi.

Əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bu günkü konstitusiyamızı fərqləndirən cəhətlər olub. Belə ki, 16 il bundan öncə qəbul edilən son konstitusiyanın üstünlükləri və orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına xüsusilə toxunulub, onun əvvəlki konstitusiyalardan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə