Prezident İlham Əliyevlə Pal Şmittin təkbətək görüşü olub

Prezident İlham Əliyevlə Pal Şmittin təkbətək görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.


Bütün xəbərlər Facebook səhifəmizdə